Toğrul Ərat: Almaniya və ya Türkiyə yığmalarında oynamağa heç bir şansım yox idi

3-cü Bundesliqa klubu “Duysburq”un şərəfini qoruyan Toğrul Ərat Almaniya mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, Azərbaycan millisini seçməsinin səbəbindən danışıb, DÇ-2018-in ələməsində oynamaq arzusunu dilə gətirib. “Mənim “Fortuna”da çıxış edərkən Almaniya və ya Türkiyə yığmalarında oynamaq üçün heç bir şansım yox idi. Azərbaycanı da ona görə seçdim ki, beynəlxalq təcrübə toplayım”.

Berti Foqtsun dövründə komandamıza çağırılan yarımmüdafiəçisi, almaniyalı mütəxəssis haqqında da xoş söz söyləyib: “Ola bilsin ki, kənardan baxan insanlara o, yumor hissi olmayan bir şəxs kimi görünsün. Amma mən birgə çalışdığımız dövrdə onu tanıdım və gördüm ki, bu mütəxəssislə dil tapmaq, ünsiyyət qurmaq çox asandır. Hətta zarafat da edirdi. Foqtsla çalışmaq çox xoş idi”.

Ərat bəyan edib ki, o, DÇ-2018-in seçmə mərhələsində yığmamızın heyətində olmaq və Almaniya ilə oyunlarda özünü göstərmək istəyir: “Yığmada yer almaq üçün ilk növbədə “Duysburq”da özümü yaxşı tərəfdən göstərməliyəm. Boatenq və Hummelsə qarşı oynamaq istərdim. Onları TV-dən izləyəndən qüsursuz olduqlarını düşünürsən. Ona görə mənim özümə də bu futbolçulara qarşı oynamaq çox maraqlıdır”.

Həmin kateqoriyadan