Toğrul Əratın “Fortuna”nın qələbəsində payı

Almaniya Qərb Regional Liqasında 36-cı turun matçları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın oynadığı “Fortuna”nın 23 yaşlıları doğma meydanda “Borussia II” (Münhenqladbax) ilə qarşılaşıb.

Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:2. Həmyerlimiz start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. Komandasının 3-ncü qolunu məhz Ərat vurub. O, 53-cü dəqiqədə hesabı 3:1 edib. Düsseldorf təmsilçisinin 2-ci komandası hazırda 53 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan