“TOP-TOP”da premyer liqa oyunlarında baş verən hakim səhvləri müzakirə edilib

Azərbaycan teleməkanının populyar futbol verilişi “TOP-TOP” fevralın 15-da növbəti dəfə efirə gedib. Allsport.az saytı sportfm.az -s istinadən xəbər verir ki, verilişin aparıcısı Araz Əhmədovun qonaqları sabiq FİFA referisi Anar Salmanov və idman jurnalisti Kamran Hacı olub.

Verilişdə son zamanlar premyer liqamızın oyunlarında baş verən hakim səhvləri, “Qəbələ” və “Qarabağ”ın çempionluq mübarizəsindən söhbət açılıb. Canlı yayımda fevralın 19-da Qəbələdə bu iki komanda arasında keçiriləcək vacib görüşdə hansı hakimin fit çalmasının daha məqsədəuyğun olması haqqında fikirlər irəli sürülüb.

Qeyd edək ki, “TOP-TOP” proqramı hər həftənin çərşənbə axşamı saat 17:00-da SPORTFM kanalında canlı yayımda efirə gedir. SPORTFM kanalı Myvideo Smart Box, Myvideo.az portalı və Sportfm.az və Milli.az saytları vasitəsilə yayımlanır.

Həmin kateqoriyadan