“Topçular”da müdafiəçi çatışmamazlığı

“Arsenal”, “Bavariya”nın müdafiəçisi Matyus de Lixti transfer edə bilər.

Allsport.az xəbər verir ki, qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək London klubu üçün prioritet məsələdir. Bununla belə, futbolçunun yayda transfer olma ehtimalının daha yüksək olduğu qeyd edilir.

“Topçular” Dortmund “Borussiya”sından Niko Şlotterbeki də transfer etməyi düşünə bilər. Bundan əlavə, “Arsenal”, “Ayaks”ın 17 yaşlı müdafiəçisi Yorrell Hato və “Aston Villa”nın futbolçusu Duqlas Luizlə də yaxından maraqlanır.

Həmin kateqoriyadan