“Trabzonspor” qalib gəldi, Ramil Şeydayev Türkiyə Superliqasında debüt etdi

Türkiyə Superliqasında 13-cü turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı hüçumçu Ramil Şeydayevin komandası səfərdə millimizin digər üzvü, Ufuq Budağın çıxış etdiyi “Kayserispor” ilə qarşılaşıb.

“Trabzonspor” bu oyunda qalib gəliblər (1:0). Adı 2-ci çəkilən futbolçumuz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib, Ramil isə debüt edib.

Baş məşqçi 80-ci dəqiqədə onu meydana buraxıb. Həmyerlimiz mübarizənin güdişində sarı vərəqə alıb. “Bordo-mavililər” 13 turdan sonra 15 xalla 18 klub arasında 12-cidir. “Kayserispor”a gəlincə, komanda 9 xalla 17-ci yerdədir.

Həmin kateqoriyadan