“Trabzonspor” Ramil Şeydayevə “Audi” markalı avtomobil hədiyyə edib

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” klubu futbolçularına yeni avtomobillər hədiyyə edib. Allsport.az saytı xəbər verir ki, sponsorla yeni müqaviləyə əsasən, 12 “Audi” markalı maşın qara dənizlilərə təqdim olunub.

Klub rəhbərliyi də həmin maşınları əsas heyətin texniki işçilərinə və futbolçularına təqdim edib. Yeni avtomobilə yiyələnənlər arasında həmyerlimiz Ramil Şeydayev də var. Maşınlardan 9-u A-3, 2-i A-4 və biri A-7 modelidir.

Həmin kateqoriyadan