“Trabzonspor”un darmadağında son qolu həmyerlimiz vurub

“Trabzonspor” yeni mövsüm öncəsi təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi klub Macarıstanda hazırlıqda çərçivəsində Avstriyanın 4-cü liqa komandası “Gerasdorf”la qarşılaşıb.

Matç qara dənizlilərin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparmaq şansı qazanan həmvətənimiz, komandasının qələbəsinə qolla töhfə verib. O, 87-ci dəqiqədə fərqlənməklə görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, Ramil Şeydayev bir müddət öncə AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib. Hazırda FİFA-nın bu məsələ ilə bağlı hansı qərarı verəcəyi gözlənilir.

Həmin kateqoriyadan