“Traktor-Sazi” Tehranın “Azadlıq” stadionunda “İstiqlal”a qalib gəldi, yenidən lider oldu

Bu gün İran Pro liqasında 13-cü tur başa çatıb. Allsport.az saytı xəbər verir ki, Təbrizin aparıcı komandası “Traktor-Sazi” Tehranda “İstiqlal” klubu ilə görüşüb. 95000 tamaşaçı tutumuna malik “Azadlıq” stadionunda təşkil olunan görüşdə “qırmızılar” hesabda erkən geriyə düşsə də, sonradan Hatəminin dublu sayəsində qalib gəlib (2:1).

Digər Təbriz klubu “Maşınsazi” evdə “Zob Axan”a uduzub (1:2). “Göstəriş” səfərdə Tehran “Naft”ı ilə heç-heçə edib (1:1). 16 komandanın yer aldığı çempionatda hazırda “Traktorsazi” 27 liderliyi özünə qaytarıb. “Göstəriş” 12-cı (14),  “Maşınsazi” 16-cıdır (6).

Həmin kateqoriyadan