Türklərin təklifini rədd etdi

Türklərin təklifini rədd etdi

Fransanıb keçmiş baş məşqçisi Didye Deşam Türkiyə millisinə rəhbərlik etmək təklifindən imtina edib.

Allsport.az xəbər verir ki, Türkiyə futbol federasiyası fransalı mütəxəssisi Vinçenso Montellanın əvəzedicisi kimi nəzərdən keçirib.

Belə ki, Türkiyə yığması dünya çempionatında qrup mərhələsini keçə bilmədiyindən Montellanın mövqeyi zəifləyib. Lakin 2018-ci ilin dünya çempionu təklifə yox cavabını verib. 57 yaşlı məşqçi hələlik işə qayıtmağa tələsmir və onu maraqlandıracaq bir layihə gözləyir.

​Deşam 2026-cı ilin yayında 14 il çalışdığı Fransa yığmasından ayrılıb. ​

Həmin kateqoriyadan