Türküstana yollanacaq heyət

Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, 14 gün davam edəcək yarışda Azərbaycan milli tam heyətlə mübarizə aparacaq.

Ölkəmizi Türküstanda Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) təmsil edəcəklər.

Aprelin 28-də Daşkənddə yollanacaq komandaya ABF-in idarə heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Yığma mayın 15-də Bakıya qayıdacaq.

5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-dək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar əldə edəcəklər. İkinci yerin sahiblərinə 100 min, bürünc medal qazananlara isə 50 min dollar pul mükafatı veriləcək.

Həmin kateqoriyadan