- Baxış sayı: 78
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 223
- Avqust 05, 2026
- 0

Bu gün İsveçrənin Nyon şəhərində 2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub. Allsport.az saytı xəbər verir ki, 52 komanda 13 qrupa bölünüb. 11-ci qrupda yer alan Azərbaycan millisinin rəqibləri İrlandiya, Ukrayna və Bolqarıstan yığmaları olub.
Seçmə mərhələnin oyunları gələn ilin payızında keçiriləcək və noyabrın 19-dək davam edəcək. Bu mərhələdə ilk iki yerin sahibi və qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik dörd komanda 2018-ci ilin yazında keçiriləcək elit-raundda mübarizə aparmaq hüququ qazanacaqlar.
Final mərhələsinin ev sahibi İngiltərə və turnirə elit-raunddan qoşulacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdə iştirak etməyəcək.