U-19 komandamız 9-cu olub

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə 19-cu ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız 9-cu yer uğrunda Belarus komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində baş tutan görüş 1:1 hesabı ilə başa çatdığı üçün, qalib 11-metrlik zərbələr ilə müəyyənləşib. Burada daha dəqiq olan futbolçularımız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gəliblər. 20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxıb.

Həmin kateqoriyadan