- Baxış sayı: 39
- 24 Sentyabr 2026 15:04
- Baxış sayı: 208
- Sentyabr 23, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışında daha bir yoldaşlıq oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, yığmamız yanvarın 16-da yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) “Alanyaspor”lu həmyaşıdları ilə qarşılaşacaq.
Gənclərimiz ayın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət seçmə komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.