UEFA Əliyar Ağayevi kursa çağırıb

UEFA AFFA-ya məktub ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, namədə FİFA referisi Əliyar Ağayevin qitənin ən güclü hakimləri üçün təşkil olunan kursa dəvət aldığı bildirilir.

Toplantı yanvarın 30-dan fevralın 1-nə qədər İspaniyanın Malaqa şəhərində təşkil olunacaq. Təlimlərdə elit və 1-ci kateqoriyalı hakimlər, eləcə də Latviya, İsrail və Azərbaycandan olan 2-ci kateqoriyalı hakimlər iştirak edəcəklər.

Qeyd edək ki, həmyerlimizin 2017-ci ildə 1-ci kateqoriyaya keçirilməsi gözlənilir.

Həmin kateqoriyadan