Ufuq Budaq milliyə gəlmək istəməyib

Ufuq Budaq milliyə gəlmək istəməyib

“Samsunspor” klubunun müdafiəçisi Ufuq Budaqın uzun fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alıb. Allsport.az saytı xəbər verir ki, amma deyəsən, bu hələ baş verməyəcək.

Türkiyə 1-ci liqası çərçivəsində “Qaziantəpspor”la matçda zədələnən futbolçu AFFA-ya müraciət edərək, yığmaya çağırılmamasını istəyib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Artıq onun müalicəsinə başlanılıb. Müdafiəçinin “Adanaspor”la matça kimi sıraya qayıdacağı gözlənilir. “Ay-ulduzlular”ımız martın 23-də Bakıda Belarusla, ayın 27-də Antalyada Makedoniya ilə yoxlama görüşü keçirəcək.

Həmin kateqoriyadan