Ukraqnalı mütəxəssis Leonid Layinski boks millimizə yeni baş məşqçi təyin olunub

Ayrı-ayrı yaş qruplarında boks üzrə seçmə komandalarımızın yeni baş məşqçiləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, tanınmış ukraynalı mütəxəssis Leonid Layinski əsas millinin baş məşqçisi təyin olunub. Nəriman Abdullayev komandamızın böyük məşqçisi vəzifəsini davam etdirəcək.

Gənclərdən ibarət komandamızı isə indidən belə Vaqif Şirinov çalışdıracaq. Nəhayət, əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək. Qadınlardan ibarət komandamız isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək. Əlavə edək ki, ustalar arasında Azərbaycan çempionatı yanvarın 25-dən 30-a kimi keçiriləcək.

Həmin kateqoriyadan