Ukraynalı məşqçidən etiraf: Düzdür, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam

Bu gün premyer liqanın 16 turunun “Qəbələ” – “Neftçi” oyunundan sonra (1:0) gərgin anlar yaşanıb. Allsport.az saytı xəbər verir ki, futbol ictimaiyəti ev sahiblərinin vurduğu qolda ofsayd qeydə alındığını ehtimal edir. Qalib komandanın baş məşqçisi Roman Qriqorçuk texniki zonadan kənarlaşdırılması və son turlara təsadüf edən hakim səhvləri barədə gabalafc.az-a belə deyib: “Meydandan kənarlaşdırılmağım çox gülməli və təəccübləndiricidir. Epizodlardan birində öz reaksiyamı bildirdim və bu zaman rəqibin ehtiyat oyunçular skamyasından bir nəfər mənə qışqırdı. Mən ona cavab verəndə isə hakim tərəfindən texniki zonadan kənarlaşdırıldım.

Düzdür, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi. Biz məşqçilərin öz işimizlə məşğul olmasını istəyirəm. Həmkarlarıma hörmətim böyükdür. “Neftçi” qış fasiləsində güclənib, yaxşı komandadır. Görünən odur ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidir. On hakim səhvindən sonra çempion olursansa, sənə qızıl medalı onların qazandırdığını deyəcəklər. Bunu isə heç kim istəməz”.

Həmin kateqoriyadan