Ulduz futbolçu qonşularını narahat edir

“Barselona”nın hücumçusu Ansu Fati mənzilində yüksək səslə şənliklər təşkil edərək qonşularını narahat edir.

Allsport.az xəbər verir ki, 23 yaşlı futbolçunun qonşuları gecə saatlarında başlayan məclislərin yüksək səsli musiqinin müşayiəti ilə səhərə qədər davam etməsindən gileylənirlər.

Kataloniya polisi bir neçə dəfə Fatini asayişi pozduğuna görə cərimələsə də, vəziyyət dəyişmədiyi üçün qonşular yerli mətbuatdan məsələnin ictimailəşdirilməsini istəyib.

Həmin kateqoriyadan