Usik 1-ci, Bivol 4-cüdür

Dmitri Bivol “pound-for-pound” reytinqində dördüncü yerə yüksəlib.
Allsport.az xəbər verir ki, Ər-Riyaddakı turnirdən sonra “The Ring” jurnalı çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı 10 boksçu siyahısını yeniləyib.
Orta ağır çəkidə yeni mütləq dünya çempionu Dmitri Bivol Artur Beterbiyevi ötüb.
TOP-10 belə görünür:
1. Oleksandr Usik, WBA, WBC və WBO ağır çəki çempionu;
2. Naoya İnoue, birinci yarı yüngül çəki divizionunda şəksiz çempion;
3. Terens Krouford, birinci orta çəkidə WBA çempionu;
4. Dmitri Bivol, orta ağır çəkidə mütləq dünya çempionu;
5. Artur Beterbiev, orta ağır çəki;
6. Cesse Rodriqes, WBC super ağır çəki çempionu;
7. Saul Alvares, WBA, WBC və WBO super orta çəki çempionu;
8. Gervonta Devis, WBA yüngül çəki çempionu;
9. Cunto Nakatani, WBC ən yüngül çəki dərəcəsində çempion;
10. Gervonta Devis, orta ağır çəkidə boksçu.

Həmin kateqoriyadan