Usik – Dyubua döyüşünə icazə verildi

Allsport.az xəbər verir ki, ümumdünya boks assosiasiyası (VBA) ukraynalı Aleksandr Usik və britaniyalı Daniel Dyubua arasında super ağır çəki dərəcəsində çempion titulu uğrunda döyüşün keçirilməsinə rəsmi icazə verib.

Qətnaməyə əsasən, döyüşçülərdən ibarət komandalardan mayın 2-dək razılığa gəlmələri tələb olunur. Maraqlıdır ki, Dyubuanın köməkçisi britaniyalı funksioner Frenk Uorrendir. O əvvəllər Usikin komandası ilə Tayson Fyuriyə qarşı duel üçün bağlı razılığa gələ bilməyib.

Daniel Dyubua 25 yaşındadır. O, debütünü 2017-ci ilin aprelində edib. Daniel yeganə məğlubiyyətini 2020-ci ilin noyabrında Co Coysla döyüşdə alıb.

Həmin kateqoriyadan