“Usikin dəmir çənəsi var, amma qarnı şüşədir”

Əfsanəvi boksçu Mayk Taysonun keçmiş məşqçisi Teddi Atlas, ukraynalı Aleksandr Usik və britaniyalı Daniel Dübua arasında titul uğrunda döyüşdə qalmaqallı epizodu şərh edib.

5-ci raundda qara dərili idmançı rəqibi dərin nokdauna göndərib, lakin hakim bu zərbəni qanunsuz hesab edib (kəmərdən aşağı) və ukraynalıya zərbədən ayılmaq üçün 5 dəqiqə vaxt verib.

“Usikin həqiqətən dəmir çənəsi var, amma yəqin ki, şüşə qarnı var. Mən inanıram ki, o, qaydalar çərçivəsində zərər görüb. Usikin bədən nahiyəsindən, yoxsa qasıq nahiyəsindən aldığı zərbəni deyə bilmərəm. Lakin texniki cəhətdən bu, aşağı zərbədir, onu müəyyən etmək çox çətindir”, mütəxəssis şərh verib.

Həmin kateqoriyadan