“Usikin Fürini məğlub etdiyini təsəvvür edə bilərəm”

Allsport.az saytı xəbər verir ki, britaniyalı boksçu Karl Froç, ukraynalı Aleksandr Usik və britaniyalı Tayson Füri arasında çempionluq uğrunda döyüşdən gözləntilərini bölüşüb. Sitat:

“Mən Usikin Fürini məğlub etdiyini təsəvvür edə bilərəm. Aleksandrın bunun üçün bütün bacarıq və imkanları var, çünki o, artıq ağır çəkidə iri oğlanlarla döyüşüb və yaxşı görünürdü. Əlbəttə ki, Usik qocalır və daha yavaş olur. Ancaq eyni şeyi Füri haqqında da demək olar. Ona görə də Aleksandr onu döyə bilər”.

Ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüş 2023-cü il dekabrın 23-də və ya 2024-cü ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək.

Həmin kateqoriyadan