- Baxış sayı: 35
- 08 May 2026 16:55
- Baxış sayı: 238
- May 08, 2026
- 0

Ukraynalı boksçu Aleksandr Usik və britaniyalı Daniel Dübua revanş görüşündən əvvəl üzləşiblər.
Allsport.az xəbər verir ki, onlar sabah Londonda ağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.
Son üzləşmə zamanı heç bir hadisə baş verməyib.
2023-cü ilin avqustunda Aleksandr Usik ilk döyüşdə Daniel Dübuanı doqquzuncu raundda nokautla məğlub edib.