- Baxış sayı: 18
- 16 Oktyabr 2026 18:44
- Baxış sayı: 270
- Oktyabr 14, 2026
- 0

“Milan”ın sabiq futbolçusu Mbaye Nyanq karyerasını Fransada davam etdirəcək.
Allsport.az xəbər verir ki, 31 yaşlı seneqallı futbolçu “Dunkirk”lə anlaşıb.
Mərkəz hücumçusu mövsümün sonuna qədər Fransa klubunda oynayacaq.
O, karyerası ərzində “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn”, “Əl-Əhli”, “Bordo”, “Adana Dəmirspor”, “Empoli”, “Vidad Kasablanka”, “Sampdoriya” və “Gənclərbirliyi” klublarında çıxış edib.