Vyana İdman Naziri Avstriya iiqasında çıxış edən “Karabakh Vyana”nı qəbul edib

Vyana Futbol Federasiyasının təşkilatçılığı ilə Şəhər Hökümət evində cari mövsümün WFV liqalarında çempion olan klublarının mükafatlandırması keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışında iştirak edən Vyana şəhər İdman Naziri çempion olmuş klubları qələbə münasibəti ilə təbrik edib. Sonra müxtəlif liqalarda qalib gələn klublar şəhər icra hakimiyyəti nümayəndələri , Vyana şəhər İdman Naziri və Vyana Futbol Federasiyasının prezidenti tərəfindən diplom və medallarla təltif olunub.

Tədbirdə Vyananın “Karabakh Vyana” klubunun göstərdiyi oyun xüsusi vurğulanıb və komandanın daha böyük uğurlara nail olacağına ümid bəsləndiyi qeyd olunub. Bu komandanın uğurlarını sadəcə əsas komanda ilə deyil, aşağı yaş qrupların təmsil olunduğu “C” liqasında davam etdirir.

Qış fasiləsindən öncə keçirilən sonuncu 10-cu turda da qələbə qazanan “Karabakh Vyana”nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək – B liqasına vəsiqə qazanmaqdır.

Reqlamentə əsasən “C” Liqasında xallar U-14,U-16 və U-18 komandalarının bir turda qazandığı nəticələrin cəminə əsasən hesablanır.

Həmin kateqoriyadan