WBC-nin prezidenti: İlham Əliyevdə böyük xarizma, insanlıq gördük, o həm də idmana yaxındır

“Ümumdünya Boks Şurasının 55-ci konvensiyası məhsuldar şəraitdə keçdi. Burada gözləmədiyimiz yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. Hamımız Bakıdan xoş təəssuratla ayrılacağıq”. Allsport.az saytı xəbər verir ki, bu sözü  mətbuat konfransında WBC-nin prezidenti Maurisio Süleyman dedi. Qonağın bildirdiyinə görə, Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkə oldu:

“Rio-2016-da ölkənizlə maraqlanmağa başladıq. Olimpiya oyunlarında uğurlarınız bizi Azərbaycana daha tez çəkdi. Qərara gəldik ki, 55-ci konvensiya Bakıda təşkil olunsun. Azərbaycanın mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Toplantının gedişində geniş tərkibdə ökə prezident İlham Əliyevlə görüşdük.

Onda böyük xarizma, insanlıq gördük. Özü də idmana yaxın adamdır, Milli Olimpiya Komitəsinin rəhbəridir. İlham Əliyev Peşəkar Boks Federasiyasının yaradılması barədə göstəriş verib. Ümid edirəm ki, ən azı, 3 il sonra Azərbaycan boksçularından çempionluq gözləyirik. Gələn il WBC üzrə çempionluq kəməri uğrunda görüşlərdən biri burada keçiriləcək”.

Həmin kateqoriyadan