Xətai idman idarəsinin rəisi hansı səbəbdən dünyasını dəyişdi? O, ölümündən öncə nazirliyə çağırılıb

İyunun 10-unda Xətai rayon gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev vəfat edib. Allsport.az saytı xəbər verir ki, onun axşam saatlarında anidən insult keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir. 61 yaşlı mütəxəssis dövlət mükafatçısı olub. Əldə etdiyimiz bilgiyə görə, o, ötən həftə sonu gənclər və idman nazirliyinə çağırılıb.

Hazırda qurumun tabeliyində olan idarələrdə yoxlamalar gedir. İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatları futbol məktəbinin keçmiş direktoru Kazbek Tuayev, “Azəridmanservis”in sabiq icraçı direktoru Azər Məhərrəmov və Tofiq Bəhramov adına respublika stadionunun öncəki rəhbəri Şamil Quliyev ilə də haqq-hesab aparılır. Yayılan xəbərə görə, məsələyə prokurorluq nəzarət edir.

Həmin kateqoriyadan