“Xəzər Lənkəran” 3 futbolçu ilə müqaviləyə xitam verdi

“Xəzər Lənkəran” Futbol Klubu və syerra-leoneli rımmüdafiəçi Alfred Sanko qarşılıqlı razılıq əsasında mövcüd müqaviləyə xitam veriblər. Allsport.az xəbər verir ki, ötən ilin yayında komandaya cəlb olunan Sanko ümumilikdə komandanın heyətində 26 oyunda meydana çıxıb və 2 dəfə fərqlənib.

Həmçinin, müqavilə müddəti başa çatan Ruslan Cəfərov, eləcə də Elnur İsmailov da klubdan ayrılıb.

“Xəzər Lənkəran” Futbol Klubu hər bir futbolçuya klubda çıxış etdiyi müddət ərzində xidmətlərinə görə təşəkkür edib və gələcək karyerada uğurlar diləyib.

Həmin kateqoriyadan