“Xəzər Lənkəran”ın fəxri prezidentinin hərəkəti Türkiyədə rəğbətlə qarşılanıb

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə yenidən gündəmə gəlib. Allsport.az saytı xəbər verir ki, bunun səbəbi restoranların birində yaşanan olay olub. Tanınmış iş adamı nahar edərkən, yoxsul geyimli halsız bir qadınının içəri daxil olduğu və işçilərin onu çıxartdığını görüb. Belədə, həmyerlimiz inzibatçıdan nə baş verdiyini soruşub. Müəssisənin işçisi qadının yemək istədiyini, lakin bura zəngin ailələr üçün olduğundan onu qapıdan uzaqlaşdırdığını bildirib.

Azərbaycanlı milyarderin ona verdiyi cavab isə hər kəsdə maraq qarışıq heyrət doğurur: “Restoranda oturan hər kəsi bayıra çıxart. Onlar burda yemək yeməsələr də, gedib başqa restoranda yeyəcəklər. O qadın isə yox. Onu içəri al, süfrəni yeməklə doldur, axşamını da ver. Özünə də tapşır, hər gün gəlsin, yeməyini rahat-rahat yesin”.

Mübariz Mənsimovun bu hərəkəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Həmin kateqoriyadan