- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
Ölkəmizin gənclərdən ibarət millisinin hücumçusu Elnur Cəfərov özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, 19 yaşlı futbolçu Portuqaliyanın “Tondela” komandasına keçib.
O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb. “Tondela”nın Portuqaliya çempionatının yüksək liqasında mübarizə aparır.
Qeyd edək ki, Cəfərov daha öncə İspaniyanın “Real Ovyedo” klubunda baxışda olmuşdu və bu yay sözügedən komandaya keçəcəyi gözlənilirdi. Elnurun son klubu isə “Xəzər Lənkəran” olub.