Xabarovskda 2 boksçumuz fərqləndi. Yarışın ən yaxşı hakimi azərbaycanlı oldu

Rusiyanın Xabarovsk şəhərində Sovet ittifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə 12-ci beynəlxalq boks turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa 19 ölkədən 150 nəfər qatılıb.

10 kişi və 5 qadın çəkiləri arasında keçirilən tədbirdə bizdən Ümid Rüstəmov (57 kq) gümüş, Mirşərif Kazımzadə (75 kq) bürünc medal qazanıb.

Uzaq Şərqdə tək idmançılarımız fərqlənməyib. Beynəlxalq dərəcəli hakim Fuad Aslanov yarışın “ən yaxşı hakimi” adına və Xabarovsk boks federasiyasının təşəkkürnaməsinə layiq görülüb.

Нет описания фото.
Возможно, это изображение (1 человек, стоит и текст «федерация бокса хабаровского края благодарность Aslanov Fuad Alxan Oglu выражаем вам огромную признательность искренне благодарим за участие общественной жизни нашей федерации. Bawa помощь это неоценимый вклад развитие бокса хабаровском крае несомненно, ощутимая поддержка развитию спорта в целом. уважением, федерации бокса хабаровского края»)

Həmin kateqoriyadan