Xavinin aqibəti nə olacaq?

“Barselona” rəhbərliyi, komandanın İspaniya super kubokunun finalında “Real”a məğlub olmasına (1:4) baxmayaraq, Xavini baş məşqçi postundan qovmağı planlaşdırmır.

Allsport.az xəbər verir ki, oyundan sonra “narıncılar”ın prezidenti Joan Laporta mütəxəssisə dəstək olduğunu bildirib. Kataloniyalılar hesab edirlər ki, hazırda radikal tədbirlər görməyə ehtiyac yoxdur, çünki komanda titullara iddialı olaraq 3 turnirdə çıxışını davam etdirir. Yalnız mövsümün sonunda mütəxəssisin işi qiymətləndiriləcək.

Həmin kateqoriyadan