“Xavinin rəhbərliyi altında oynayanda özümü çox rahat hiss edirəm”

Allsport.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi Serji Roberto müqaviləsinin başa çatmasına baxmayaraq, yaxın vaxtlarda Kataloniya klubundan ayrılmaq fikrində olmadığını bildirib:

“Xavinin rəhbərliyi altında oynayanda özümü çox rahat hiss edirəm. Mənə güvənəcəklər. Mövsümün sonunda klub məndən razı olsa, burada qalacam. İndi “Barselona” ilə danışıqlar aparıram. Hazırda başqa komandaya keçmək fikrim yoxdur. “İnter Mayami”yə və ya “Palmeyras”a keçməyimlə bağlı yayılan şayiələrin hamısı yalandır”.

Həmin kateqoriyadan