“Xorvatiya ilə oyunumuz daha çətin olacaq”

“Normal qrupa düşmüşük. Rəqiblərimiz arasında Rusiya, Portuqaliya, İspaniya kimi daha güclü komandalar da ola bilərdi. Amma hazırkı rəqiblərimizə qarşı mübarizə aparmaq mümkündür”.

Allsport.az saytı xəbər verir ki, bunu U-19 futzal millisinin baş məşqçisi Ağatahir Əzimov qitə çempionatının püşkünü dəyərləndirərkən deyib. O, əsas mərhələdə Xorvatiya, Belarus və Latviya barədə bunu deyib:

“Bilirəm, Xorvatiya ilk çempionatın finalçısı olub. Həmin görüşü izləmişdim. Demək olar, müdafiədən çıxmırdılar. Komandaları ayrılıqda dəyərləndirsək, Xorvatiya ilə oyunumuz daha çətin olacaq. Amma Belarus və Latviya ilə matçlarda yaxşı nəticə qazanmağa çalışacağıq.

Meydan düz, top yumrudur. Heç kimdən çəkinmək lazım deyil. Uşaqları da psixoloji baxımdan hazırlaşdıracağıq. Elə edəcəyik ki, nəticələrimiz müsbətə doğru dəyişsin. Ümumi götürsək, bizim üçün komandaların əksəriyyəti güclüdür. Amma vaxtımız var, hazırlaşacağıq”.

İdrak CAMALBƏYLİ

Həmin kateqoriyadan