Xorvatiyalı çalışdırıcımız Elxan Məmmədova: “10 milyon avro versəniz də, burada qalmayacağam”

Millimizin baş məşqçisi Robert Prosineçkinin AFFA rəsmiləri ilə son görüşü çox gərgin keçib. Allsport.az saytı xəbər verir ki, bu haqda Türkiyənin bursa.com saytı məlumat yayıb.

Həmkarlarımızın yazdığlna görə, “yaşıl timsahlar”a keçmək istəyən xorvat mütəxəssis bizimkilərə, “Mən “Bursaspor”a keçmək istəyirəm. 10 milyon avro versəniz də, burada qalmayacağam, məni burada saxlaya bilməzsiniz. Ailəm də burda qalmaq istəmir” deyib.

Lakin sonda AFFA rəhbərliyinin istədiyi olub və Prosineçki postunda saxlanılıb. Beləcə, bu məsələyə tam aydınlıq gəlib.

Həmin kateqoriyadan