VİDEO
Yaşar Bəşirov: Son günlər milli karate ilə bağlı məlumatlar məni sevindirmir

Azərbaycan Milli Karate Federasiyasının kollektivi son zamanlar həqiqəti əks etdirməyən məlumatların yayılmasına etiraz olaraq yığıncağı keçirib.

Allsport.az saytı xəbər verir ki, bir qrup idmançı, məşqçi, hakim və federasiyanın ofis heyəti ilə görüşdə təşkilatın rəhbəri Yaşar Bəşirov, 1-ci vitse-prezident və baş məşqçi vəzifəsini icra edən Rəhman Hətəmov, baş katib Mir-Cabbar Seyidov və milli komandanın fiziki hazırlıq üzrə məşqçisi Oqtay Məmmədov federasiya haqqında gedən səhv məlumatlara etirazlarını bildirərək, idmançıları belə neqativ fikirlərə uymamağa çağırıblar.

Rəhbərlik qarşıda böyük idman hədəflərini olduğunu və buna çatmaq üçün heç bir ətraf müdaxiləyə baxmadan daha çox çalışmaq lazım gəldiyini söyləyib. Az.karate.az Yaşar Bəşirovun çıxışının videoyazısını təqdim edib:

Həmin kateqoriyadan