“Yaxşı nəticə qazanacağımıza inanıram”

“Yaxşı nəticə qazanacağımıza inanıram”

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli Litva ilə oyun öncəsi fikirlərini açıqlayıb:

“Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq”.

Həmin kateqoriyadan