“Yeni mövsümdə fərqli, daha güclü “Araz-Naxçıvan” görəcəksiniz”

Çempionlar liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupda “Mostar” klubu və ilkin seçmə mərhələnin “D” və “F” qrupunun qalibləri ilə qarşılaşacağı məlum olub. Allsport.az saytı xəbər verir ki, püşkatma ilə bağlı David Qustavo bunu deyib:

“Açığı, indi istirahətdə olduğumuza görə, kimlərlə müqavilə imzalandığını, heyətə kimlərin cəlb edildiyini dəqiq bilmirəm. Amma rəhbrəliyin komandanı gücləndirmək istədiyini və hədəflərin böyüdüyünü eşitmişəm. Aydın məsələdir ki, çempionlar liqasında zəif rəqib olmur. Çünki orada ölkəsinin çempionu yarışır. İşimiz asan olmayacaq, əksinə çətin olacağını qeyd etməliyəm.

Gərgin mübarizə gözləyir və biz də qarşıya qoyulan tapşırığa çatmaq üçün sona qədər “döyüşəcəyik”. Rəqiblərimizin bizim yeni oyunçulardan xəbərsiz olduqlarına inanıram. Məncə, yeni mövsümdə fərqli, daha güclü “Araz-Naxçıvan” görəcəksiniz. Bütün işlər, dəyişikliklər məqsədə nail olmaq üçün edilir”.

Həmin kateqoriyadan