- Baxış sayı: 39
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

“Nyukasl” klubun yenilənmiş nişanını təqdim edib.
Allsport.az xəbər verir ki, yeni rəmzə keçidlə bağlı klub 27 mindən çox azarkeş arasında sorğu keçirib.
Komandanın hazırkı nişanı 1988-ci ildən istifadə olunur. Yenilənmiş loqo 2027/28 mövsümündən etibarən əvvəlki emblemi tamamilə əvəz edəcək.
Klub rəmzi yenilənməsini bəzi elementlərin müasir rəqəmsal media və sosial şəbəkələrdə daha düzgün əks olunması zərurəti ilə əlaqələndirib.