Yeniyetmə boks millimiz Avropa birinciliyində

Mayın 24-də Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçuların Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Baş məşqçisi Vaqif Kazımov karpatlarda 11 nəfərə fürsət verəcək. Bunlar Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərlidir (80 kq).

Həmin kateqoriyadan