- Baxış sayı: 35
- 22 İyun 2026 15:42
- Baxış sayı: 81
- İyun 26, 2026
- 0

Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində yeniyetmə boksçuların Avropa birinciliyi keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) fürsət verəcək.
Sumqayıtda təlim-məşq toplanışında olan yığmamız yarışa hazırlığı oktyabrın 7-də başa vuracaq. Boksçularımız həmin gün axşam saatlarında isə Rusiyaya yollanacaqlar.