Yeniyetmə boksçularımız dünya birinciliyinə yollandı

Sentyabrın 4-də Sankt Peterburqda yeniyetmə boksçular arasında dünya birinciliyinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, 8 gün davam edəcək yarışda 400-dən çox idmançı mübarizə aparacaq.

Millimiz bu sınaqda yalnız bir çəkidə təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər.

Komandamız baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi ilə artıq Rusiyanın mədəni paytaxtına yollanıb. Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyovla Məhəmməd Abdullayev də yer alır. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov, bürünc medalçılar Orxan Həsənov və Şaiq Məlikov da əsas medal ümidlərimiz olacaqlar.

46 kq: Kənan Əliyev
48 kq: Cavid Hüseynov
50 kq: Seyidrza Sadıqov
52 kq: Hüseyn Sadıqov
54 kq: Orxan Həsənov
57 kq: Elton Məmmədov
60 kq: Bəxtiyar Qazıbəyov
63 kq: Sayad Lalayev
66 kq: Rəcəb Niftəliyev
70 kq: Şaiq Məlikov
75 kq: Elbrus Əkbərov
+80 kq: Məhəmməd Abdullayev

Dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.

Həmin kateqoriyadan