- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışdan Azərbaycan millisi baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi ilə 4 medalla qayıdıb.
Bizdən Maqsud Xasmetov (46 kq), Elşən Cəbizadə (54 kq), Rüfət Nəbiyev (66 kq) və Adir Vəliyev (80 kq) bürünc mükafat qazanıblar. Yarışda Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edib.