- Baxış sayı: 63
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçuların beynəlxalq turnirində Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 24 ölkənin qatıldığı yarışda Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gəlib.
Əli Zamanovla (48 kq) Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətləniblər. Yığma Balkanlara Vaqif Kazımovun rəhbərliyi ilə 8 boksçu ilə qatılmışdı.