Yeniyetmə boksçuların açıq Bakı birinciliyində “Rabitə” 1-ci olub

Yeniyetmələrin açıq Bakı birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb. 4 gün davam edən turnirin yekununda ən güclülərin adına aydınlıq gəlib.

2002-2003-cü il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə komanda hesabında “Rabitə” İdman Klubunun üzvləri bütün rəqiblərini qabaqlayıblar.

İkinci pilləni “Qəbələ” İK, üçüncü yeri “Neftçi” İK tutub. 14 çəki dərəcəsi üzrə baş tutan yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.

 

Həmin kateqoriyadan