- Baxış sayı: 38
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

Afrika millətlər kubokunun seçmə mərhələsində uğursuz start götürən Qana yığmasında baş məşqçi dəyişikliyi baş verib.
Allsport.az xəbər verir ki, federasiya ilə portuqaliyalı mütəxəssis Karlos Keyruş arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
DÇ-2026-da Qana millisinə rəhbərlik edən Keyruşun postunu tərk etməsinə komandanın son nəticələri səbəb olub. Qana seçmə mərhələ çərçivəsində keçirdiyi matçlarda Fildişi Sahilinə (0:2) və Qambiyaya (2:4) məğlub olaraq qrupda sonuncu pillədə qərarlaşıb.
Ardıcıl uğursuzluqlardan sonra tərəflər arasında aparılan danışıqlarda müqaviləni ləğv etmək qərarına gəlinib. Assosiasiya bu addımın ölkə futbolunun və milli komandanın gələcək maraqlarına tam cavab verdiyini vurğulayıb.