Yığmamız dünya çempionatına hazırlığın son mərhələsinə başlayır

Kişi boksçulardan ibarət millimiz dünya çempionatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının 2-ci hissəsini bu gün başa vurub.

Sabah hazırlığın son mərhələsinə start veriləcək. Yığmamız məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcəklər.

Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Abdullayevin müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.

Üçüncü mərhələ başa çatdıqdan sonra yığmamız dünya çempionatının keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanacaq. Qeyd edək ki, avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq.

Həmin kateqoriyadan