Yığmamızın 4 əsas heyət üzvü həvəskar boksla vidalaşmağa qərar verib

Rio-2016-dan sonra boks millimizdə dəyişikliklər baş verib. Allsport.az saytının xəbərinə görə, yığmanın 4 əsas heyət üzvü həvəskar boksla vidalaşmağa qərar verib. Avropa oyunlarının qalibi olan 30 yaşlı Albert Səlimov (60 kq) hələ 31-ci Yay olimpiya oyunlarından öncə bəyan etmişdi ki, bu “dördillik”dən sonra rinqi tərk edəcək.

2-qat dünya çempionu, London-2012-nin və Bakı-2015-in bürünc medalçısı, 30 yaşlı Məhəmmədrəsul Məcidov (+91 kq) da Riodan gedəcəyini eyham vurmuşdu. Digər 2 təmsilçimiz isə Rio-2016-nın gümüş mükafatçısı, 31 yaşlı Lorenzo Sotomayor (64 kq) və Bakı-2015-in qalibi, 28 yaşlı Abdulqadir Abdullayevdir (91 kq).

Həmin kateqoriyadan