Millimizin hücumçusu Sərgən Yalçına tapşırıldı

Türkiyənin “Sivasspor” klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib. Allsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçi vəzifəsinə gözlənildiyi kimi, Sərgən Yalçın gətirilib.

Yalçın mövsümün sonuna qədər “Sivasspor”u çalışdıracaq. O, bu vəzifədə bir müddət öncə istefaya göndərilən Roberto Karlosu əvəzləyib.

Qeyd edək ki, “Sivasspor” Türkiyə Superliqasında 14 turdan sonra 10 xalla 16-cı pillədə qərarlaşıb. Azərbaycan yığmasının hücumçusu Cihan Özqara bu komandada çıxış edir.

Həmin kateqoriyadan