Yoahim Löv: İlk hissədə tam yaxşı oynamadıq

DÇ-2018-in seçmə mərhələsinin son görüşündə millimizi qəbul edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyun barədə danışıb. Allsport.az saytı xəbər verir ki, çalışdırıcı ilk hissədən elə də razı qalmayıb:

“Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, bizim futbolçular həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik.

Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik.

Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdır. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər”.

Həmin kateqoriyadan